EN

REYTİNQ - “Sabah” uduzdu, "qonşular"ımız əmsallarını artırdı

Azərbaycanın UEFA reytinqindəki "qonşular"ı əmsallarını artırıblar.

Sportinfo.az xəbər verir ki, bu, həftə ərzində keçirilmiş avrokubok oyunlarından sonra gerçəkləşib.

28-ci pillədə qərarlaşan Ukrayna (17,850) aktivinə daha 0,250 əmsal yazdırıb. 30-cu sıradakı Bolqarıstan (16,250) isə daha çoxuna nail olub. Bu ölkədə rəqəm 0,375-dir.

29-cu mövqedəki Azərbaycanda (17,125) isə dəyişiklik olmayıb. Çünki ötən gün Avropa Liqasında mübarizəyə qoşulan "Sabah" I təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Sloveniyadan "Sele"yə uduzub - 2:3.

UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.

Chosen
20
sportinfo.az

1Sources