Türkiyə Super Liqasının son çempionu "Qalatasaray" qapıçı axtarışlarını davam etdirir.
Operativ Media belçikalı jurnalist David Van den Broekə istinadən xəbər verir ki, "sarı-qırmızılı" klub "Antverp"in qapıçısı Senne Lammensi heyətinə qatmaq istəyir.
Türkiyə klubunun rəsmiləri danışıqlar üçün futbolçunun təlim-məşq etdiyi şəhərə yollanıblar.
Belçika klubu qapıçı üçün 20 milyon avro tələb edir.
25 yaşlı qapıçı ilə İngiltərə Premyer Liqasının klubları da maraqlanır.