EN

Agentlik rüşvət əleyhinə idarəetmə sistemi ilə bağlı xidmət alır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi “General Consulting CO.” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, DOST Agentliyi üzrə ISO 9001:2015, İSO 10002:2018 və İSO 37001:2016 beynəlxalq standartının tələblərinə uyğunluq üzrə audit və sertifikatlaşdırmanın keçirilməsi xidmətinin satınalmasına görə şirkətə 28 min 674 manat ödəniləcək.
Məlumat üçün bildirək ki, “General Consulting CO.” MMC 15 noyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov, ev.4, m.22-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynzadə Nərgiz Novruz qızıdır.
Xidmətin satınalınması ilə bağlı ətraflı məlumat:


Elnur Əli
Chosen
5
2
yeniavaz.com

3Sources