EN

“Qarabağ” bir gündə iki oyuna ÇIXACAQ

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha 2 yoxlama oyunu keçirəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu hər 2 görüşdə Niderland “Tvente”si ilə üz-üzə gələcək.

Komandalar arasında ilk matç saat 17:00-da, ikinci görüş saat 19:15-də başlayacaq.

Yoxlama oyunu

11 iyul

17:00. “Qarabağ” – “Tvente”

19:15. “Qarabağ” – “Tvente”

Avstriya, Kaprun stadionu
 

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda Ukrayna "Metallist"inə (Xarkov) 4:5 hesabı ilə uduzub.


Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Ağdam təmsilçisi Bakıdakı yoxlama görüşündə isə "Zirə"ni 4:0 hesabı ilə məğlub edib.

Bizim.Media

Chosen
17
1
bizim.media

3Sources