EN

Azərbaycanlılardan rüşvət alan polis rəislərini yarıçılpaq tutdular - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Rusiyada azərbaycanlı biznesmenlərdən rüşvət alan polislərin saxlanılma görüntüləri yayılıb.

Turkustan.az xəbər verir ki, əməliyyat üzrə Leninqrad vilayətinin Vsevolojsk rayonunun 87, 88, 97 və 128-ci polis bölmələrinin yüksək rütbəli əməkdaşları saxlanılıb. Onların azərbaycanlı sahibkarlardan aldıqları rüşvətin miqdarı 154 min rubl təşkil edib.

Qeyd olunur ki, polislər bu rüşvət müqabilində həmin iş adamlarını himayə ediblər.

İstintaq Komitəsi rüşvət almada vasitəçilik maddəsi ilə cinayət işi açıb.

Onların iş yerlərində və evlərində axtarışlar aparılıb.

Chosen
12
2
turkustan.az

10Sources