EN

AzMİU-da Respublika səviyyəli sərbəst güləş turnirinə start verilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Milli Mətbuatının 150, Azərbaycan Memarlıq və İnşaatUniversitetinin 50 və Azərbaycan İdman JurnalistləriAssosiasiyasının (AİJA) 30 illik yubileyləri münasibətilə sərbəstgüləş üzrə yeniyetmə və gənclər arasında Respublika turnirinə startverilib.

Trend xəbər verir ki, turnir Azərbaycan Memarlıq və İnşaatUniversitetinin (AzMİU) ev sahibliyi, AİJA-nın təşkilatçılığı,Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının dəstəyiilə həyata keçirilib.

AzMİU-nun İdman Korpusunda gerçəkləşən açılış mərasimindəuniversitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov,sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor OrxanNaqdiyev, Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin müdiriHəsənağa Rzayev, MOK-un mətbuat katibi, “Olimpiya dünyası”qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev,AİJA-nın prezidenti Eldar İsmayılov, vitse-prezident RaminAllahverdiyev, Olimpiya mükafatçısı Hacı Əliyev və digər qonaqlariştirak ediblər.

Tədbir iştirakçılarının çıxışlarında ölkəmizdə idmanıninkişafına göstərilən dövlət qayğısı xüsusi vurğulanıb, bu qəbildənolan turnirlərin yeniyetmə və gənc idmançıların peşəkar səviyyədəformalaşmasına töhfə verdiyi bildirilib.

Prorektor professor Akif Qasımov çıxışında gənc güləşçilərarasında gələcəyin Avropa, dünya və Olimpiya çempionlarınınyetişəcəyinə inandığını bildirib, dövlət rəhbərliyinin idmanagöstərdiyi dəstəyi yüksək dəyərləndirib.

AİJA-nın prezidenti Eldar İsmayılov hər üç yubiley münasibətilətəbriklərini çatdıraraq, turnirdə iştirak edən güləşçilərə uğurlararzulayıb.

Əməkdar jurnalist Murad Fərzəliyev çıxışında Respublikaturnirinin gənc idmançılar üçün önəmli imkan yaratdığını qeyd edib,onların gələcəkdə böyük uğurlar qazanacaqlarına əminliyini ifadəedib.

Tədbirdə həmçinin AzMİU-nun 50 illik yubileyi münasibətilə MilliOlimpiya Komitəsinin adından təhsil ocağına xatirə hədiyyəsi təqdimolunub.

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrəkoordinatoru, Olimpiya mükafatçısı Hacı Əliyev yarışınəhəmiyyətindən danışaraq, iştirakçılara öz tövsiyələrini verib.

Daha sonra AzMİU-nun müxtəlif yarışlarda uğur qazanmış idmançıtələbələri mükafatlandırılıb.

Rəsmi hissənin sonunda Respublika turnirinə start verilib.

Qeyd edək ki, turnirdə ölkənin müxtəlif bölgələrindən 200-əyaxın yeniyetmə və gənc güləşçi iştirak edir.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Chosen
9
2
az.trend.az

3Sources