ain.az, Modern.az saytına istinadən bildirir.
Ermənistanda həbs olunan rusiyalı biznesmen Samvel Karapetyanın şirkətlər qrupuna aid “Taşir Pizza” restoranları şəbəkəsinin direktoru Vaqinak Kazaryan saxlanılıb.Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun barəsində 1 ay həbs qətimkan tədbiri seçilib.
Məlumata əsasən, onun həbsi “Taşir” şirkətlər qrupunun təsisçisi Samvel Karapetyanın işi ilə əlaqəli olub.
Erməni əsilli rusiyalı milyarder, “Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-də saxlanılıb.O, ermənistanda hakimiyyət dəyişikliyinə cəhd edən qüvvələri dəstəkləməkdə ittiham olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.