EN

Sabiq nazirin son mesajı...

Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın aparıcı qəzetlərindən biri olan "Kommersant" məlumat dərc edib. Bildirilir ki, Starovoyt Nəqliyyat Nazirliyinin əməkdaşları üçün mesajlaşma qrupunda “Ölkə üçün faydalı işlərlə məşğul olun. Çox yaşayın", - sözlərini yazıb. Məlumata görə, sabiq nazir vəzifəsindən azad edildiyi gün nazirliyin binasına gedib və köməkçiləri ilə adi görüş keçirib. Həmin gün Starovoytun yaxın müşaviri ilə təkbətək görüşü olduğu və bu görüşdə “Gələcəyə hələ ümid var” deyərək təsəlli aldığı bildirilir.

Lakin bu hadisələrdən sonra axşam saatlarında Starovoytun meyiti Moskva yaxınlığında öz avtomobilində tapılıb. Səlahiyyətlilər hadisənin intihar olduğunu bildiriblər. 

Chosen
12
2
Ajans.az

3Sources