EN

“Hraparak”: İrəvanla Bakı arasında saziş dekabrda imzalanacaq

“Rəsmi İrəvan Əliyevlə 5 saat davam edən görüşdən sonra danışıqların nəticələri ilə bağlı konkret məlumat açıqlamasa da, azərbaycanlı mənbə baş verənlərin məxfiliyini açıqlayıb”.

Herbiand.az bildirir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Azərbaycan mətbuatının yazdığına görə, sülh sazişi paraflanıb, tərəflər Zəngəzur dəhlizi ilə bağlı razılığa gəliblər. Yeri gəlmişkən, dünən Ermənistan xarici işlər nazirinin müavini də bəyan edib ki, Ermənistan yola “autsorsinq” nəzarətin əleyhinə deyil. Və sazişin özü dekabrda imzalanacaq”, - qəzet qeyd edib.

Nəşr vurğulayıb ki, məhz bu məqsədlə Paşinyanın Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçib, xüsusən də Daşnaksütunun üzvlərini həbs ediblər: “Məsələ burasındadır ki, sülh sazişinin razılaşdırılmış məqamlarından biri də odur ki, tərəflər öz dövlətləri daxilində qarşı tərəfə separatçı bəyanatlar verən qruplarla mübarizə aparmalıdırlar. Yəni Ermənistanda Əliyevi və Azərbaycanı, eləcə də Paşinyanı tənqid edən müxalifət partiyaları, ayrı-ayrı şəxslər olmamalıdır. Hər kəs ona Paşinyan kimi hörmət etməli, savadlı insan hesab etməlidir. Bizə dedilər ki, hədəf Daşnaksütun, sonra... Ermənistan Respublika Partiyasıdır”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
18
1
herbiand.az

2Sources