EN

Tramp: Kanada mallarına 35% rüsum tətbiq edildi

Tramp Kanada üçün tarif məktubunu Truth sosial media hesabında paylaşıb.

Turkustan.az xəbər verir ki, məktubun ABŞ-ın cavab tədbirinə baxmayaraq Kanada ilə işləməyə davam edəcəklərinin göstəricisi olduğunu qeyd edən Tramp, fentanil böhranı ilə mübarizə üçün Kanadaya gömrük vergisi tətbiq etdiklərini xatırladıb.

O, Kanadanın ABŞ ilə işləmək əvəzinə qisasla cavab verdiyini ifadə edərək: "1 Avqustdan etibarən Kanadadan ABŞ-a göndərilən Kanada məhsullarına bütün sektor tariflərindən ayrı olaraq 35% rüsum tətbiq edəcəyik" dedi.

Tramp daha yüksək tariflərdən qaçmaq üçün digər ölkələrdən tranzit keçən malların daha yüksək tariflərə məruz qalacağını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
21
3
turkustan.az

4Sources