EN

Səhər saatlarında ruslar Xarkovda doğum evini vurublar, bir qadın ölüb

ain.az bildirir, Bizimyol portalına istinadən.

Xarkovun Saltovski rayonuna endirilən zərbələr nəticəsində dağıntılar və yanğınlar baş verib. İlkin məlumata görə, 9 yaralı var.

Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən (FHN) məlumat verilib.

FHN qeyd edib ki, yanğınlar 4 mərtəbəli tərk edilmiş binada, stomatoloji klinikada, həmçinin yaşayış binasının damında baş verib. "Yaşayış binaları, doğum evi, mağazalar, qaraj və avtomobilə ziyan dəyib. İlkin məlumata görə, 9 nəfər xəsarət alıb", - deyə məlumatda bildirilir.

Xarkov vilayət hərbi idarəsinin sədri Oleq Sinegubovun sözlərinə görə, düşmən Saltovski rayonuna iki pilotsuz təyyarə ilə hücum edib, nəticədə istifadəsiz tikili, mağaza, doğum evinin pəncərələrinin şüşələri və yaşayış binası zədələnib, qaraj dağıdılıb.

Eyni zamanda, Xarkov meri İqor Terekhov bildirib ki, səhər partlayışları doğuşda olan anaların körpələri ilə birlikdə olduğu doğum evinə də düşüb. “İndi biz onları başqa tibb müəssisəsinə təxliyə edəcəyik”, - deyə o qeyd edib.

Ruslar davamlı olaraq Xarkova raketlər və pilotsuz təyyarələrlə hücum edirlər. Belə ki, iyulun 7-də ruslar Xarkova dronlarla hücum edib, nəticədə şəhərdə dağıntılar və itkilər olub, bir qadının həlak olması barədə məlumat verilib.

Daha sonra şəhər meri Terekhov bildirib ki, yaralıların ümumi sayı 71 nəfərə çatıb, o cümlədən yeddi uşaq. “Daha bir qadın təəssüf ki, xəstəxanada dünyasını dəyişdi”, - deyə o yazıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
bizimyol.info

1Sources