EN

Millimiz Yaponiya və İsveçrə klubları ilə oynayacaq

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinə start veriləcək.

İdman.biz xəbər verir ki, yarışda mübarizə aparacaq Azərbaycan millisi qrupda hər iki qarşılaşmaya ilk oyun günündə çıxacaq.

Təmsilçimiz öncə "Tsukuba" (Yaponiya), ardınca "Lozanna" (İsveçrə) ilə gücünü yoxlayacaq.

Dünya Qadın Seriyası
11 iyul

13:20. Azərbaycan - "Tsukuba" (Yaponiya)
15:00. Azərbaycan - "Lozanna" (İsveçrə)

Qeyd edək ki, Buxarest mərhələsində iştirak Avropa Kubokunun oyunlarına hazırlıq məqsədi daşıyır.

İdman.biz

Chosen
9
3
idman.biz

4Sources