Bakı, 11 iyul, AZƏRTAC
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin Dünya Qadın Seriyasının Buxarest mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, hər iki görüş iyulun 11-də keçiriləcək.
Raşa Deliçin başçılıq etdiyi yığma ilk olaraq Yaponiyanın “Sukuba” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 13:20-də başlayacaq.
Millimiz ikinci oyununda isə İsveçrə təmsilçisi "Lozanna" ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.