EN

Köçəryan Simonyandan üzr istəməyi tələb edir

Ermənistanın ikinci prezidenti Robert Köçəryan parlamentin sədri Alen Simonyana qarşı yeni iddia qaldırıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Köçəryan Simonyanın onun ləyaqətini və reputasiyasını ləkələyən yalan məlumatı yaydığını iddia edib.

Eks-prezident parlamentin spikerindən təkzib verməyi və üzr istəməyi tələb edib.

Bu, Robert Köçəryanın son bir ayda Alen Simonyana qarşı qaldırdığı ikinci iddiadır.

Chosen
33
modern.az

1Sources