“Tottenhem” Mohammed Kudusun transferini rəsmiləşdirib.
Msport.az xəbər verir ki, bu barədə London klubundan açıqlama yayılıb.
Bu keçid üçün londonlular “Vest Hem”ə 55 milyon avro ödəyiblər. 24 yaşlı qanalı futbolçu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalanıb. Kudus “Tottenhem”də 20 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Mohammed 2023-cü ildə “Ayaks”dan “Vest Hem”ə keçmişdi. O, 2024/2025 mövsümündə 35 matçda 5 qol vurub, 4 ötürmə verib.