EN

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər bayram edir

Türkiyənin iletişim başkanı Fahrettin Altun dönəmi, bu ölkə mətbuatının bərbad olduğu zaman kimi tarixə həkk oldu.

Zəmanəsində at oynadan cənab Altun jurnalistlərə sıradan çıxardı, trollara vəkil oldu.

“Haber yapmayın, görev yapın” prinsipi sistemin təməl düsturuna çevrildi.

Səfirliklərdə “müharibə zonası”

Türkiyənin xarici səfirliklərdəki mətbuat müşavirləri ilə səfirlər arasında gərginlik adi hal aldı. Müşavirlər bir növ “Altunçuların” əyalət valisinə çevrildi.

Diqqət etsəniz, bütün səfirliklərdə bu mövzuda qarşıdurma yaşanıb.

“Altun” erasının dəhşətləri tək bununla bitsəydi, xoşbəxtlik olardı.

Türkiyə mediası bir çox halda türk cəmiyyətinin düşməni kimi çıxış etdi.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr əleyhinə materiallar tirajlandı.

Milliyyətçi, xalqdan yana, haqqı qoruyan media yoxa çıxdı. Altunçu media “çiçək” açdı.

Əsl jurnalistlər sistemdən atıldı.

Jurnalistika öldürüldü, “propaganda sənayesi” doğuldu.

Altun dövründə jurnalistika bir peşə deyil, bir aparat, bir maşın, bir sistemin əlindəki təbliğat alətinə çevrildi.

TRT və Anadolu Ajansının təsir dairəsi daraldı.

Dövlət kanalları reytinq üçün yox, yalan üçün yarışdı. TRT və AA tarixində görünməmiş qədər inamsızlığa düçar oldu.

Mediaportallar itirilmiş etimadın məzarılığına çevrildi.

Sosial mediaya qarşı müharibə elan edildi.

Twitter, YouTube, TikTok, hamısına qarşı psixoloji və hüquqi hücumlar təşkil edildi. Azad paylaşım “sistemə təhlükə” sayıldı.

Senzura Altun dövrünün kitabəsi oldu.

Bir zamanlar “basın özgürlüğü” deyə ucalan səslər, Altun dönəmində bir “tweet”ə görə mühakimə olundu.

Troll fabrikləri rəqəmsal ordularla hücuma keçdi.

Altun səssiz diktator oldu.

O danışmadı, amma hər kəs onun sistemindən danışdı. Altun mediada susqunluqla hökmranlıq edən görünməz diktatora çevrildi.

Dəyərsizlərivitrinə, dəyərlilər zibilliyə qoyuldu.

Məzmun yox, fiqur ön plana çəkildi. Bilikli jurnalist yox, Altuna sədaqətli təbliğatçılar yüksəldildi.

Altun gəldi gedərdi. Ancaq onun Türkiyə mediasına vurduğu zərbə on illərlə sağalmayacaq. Dünya çapında Türkiyə mediasının nüfuzunu sıfıra endirdi.

Nəticədə Türkiyə itirdi.

Amm ümid edək ki, Altunun nəhayət ki, tutduğu postdan uzaqlaşdırılması yanlışların aradan qaldırılması istiqamətində yeni fürsət dövrü olacaq.

Altun erası bitdisə, bu susan, sıxılan, sıxışdırılan gerçək medianın nəfəs ala biləcəyi yeni bir pəncərə deməkdir.

Yeni başkandan gözləntilər çoxdur. 

Fahrettin Altun dövrü ilə bir çöküş yaşandı. Yeni dönəm bu çöküşü dirçəlişə çevirmək fürsətidir. 

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər çox sevinir.

 

Elnur ƏMİROV

Chosen
46
3
modern.az

10Sources