EN

Avropa Liqası: “Şaxtyor”dan böyükhesablı qələbə - VIDEO

EFA Avropa Liqasında 2025/2026 mövsümünə start verilib. 

I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 8 görüş keçirilib.

Azərbaycan kubokunun sahibi “Sabah” da meydana çıxıb və Sloveniya “Selye”sini 2:3 hesabı ilə uduzub. Günün ən fərqli nəticəsinə "Şaxtyor" imza atıb. Arda Turanın başçılıq edən Donetsk təmsilçisi "İlves"in qapısından 6 cavabsız top keçirib.

"Şerif"i də növbəti mərhələyə yaxın hesab etmək olar. Moldovalılar "Priştina" ilə qarşılaşmada 4:0 hesabı ilə qalib gəliblər.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

20:00. "Sabah" (Azərbaycan) - "Selye" (Sloveniya) - 2:3

20:30. AEK (Kipr) - "Partizan" (Serbiya) - 1:0

21:00. "Şerif" (Moldova) - "Priştina" (Kosovo) - 4:0

21:00. "Paks" (Macarıstan) - CFR (Rumıniya) - 0:0

21:30. "Levski" (Bolqarıstan) - "Hapoel Beer Şeva" (İsrail) - 0:0

22:00. "Şaxtyor" Donetsk (Ukrayna) - "İlves" (Finlandiya) - 6:0

22:15. "Spartak Trnava" (Slovakiya) - "Hakken" (İsveç) - 0:1

23:00. “Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan) - 1:0

Qeyd edək ki, mərhələnin cavab oyunları iyulun 17-də keçiriləcək.

Chosen
6
1
news365.az

3Sources