EN

"Qarabağ" bu gün Niderland klubu ilə 2 oyun keçirəcək

Avstriyada yeni mövsümün hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün iki yoxlama matçı keçirəcək.

Sportal.az xəbər verir ki, ölkə çempionu Niderlandın "Tvente" klubu ilə üz-üzə gələcək. 

"Qarabağ"ın "Tvente" ilə ilk matçına Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. İkinci görüş isə 19:15-ə təyin edilib.

Ağdam təmsilçisi Avstriyadakı ilk yoxlama görüşündə Ukrayna "Metallist" (Xarkov) klubuna 4:5 uduzub.

saytlarin hazirlanmasi

Chosen
23
sportal.az

1Sources