Özünü pis hiss edən və ya isti havaya dözümsüz olan insan kilsələrə sığına bilər.
Ulusal.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rus Pravoslav Kilsəsinin Moskva yeparxiyasının nümayəndəsi, keşiş Aleksandr Volkov deyib.
“İnsan istidən əziyyət çəkirsə və ya özünü pis hiss edirsə, əlbəttə ki, ən yaxın kilsəyə getmək olduqca məqsədəuyğundur. Siz skamyada otura bilərsiniz, lazım gələrsə, kilsə işçilərindən kömək istəyə bilərsiniz. Kilsələrdə həmişə ilk tibbi yardım dəstləri var və təcili yardım çağırmaq mümkündür”, – o qeyd edib.
Sinoptiklərin məlumatına görə, yaxın bir neçə gün ərzində Rusiyanın mərkəzi hissəsində, o cümlədən Moskvada temperaturun 35 dərəcəyə yüksələcəyi gözlənilir. Volqaboyu ərazilərdə isə 40 dərəcəyədək isti olacağı gözlənilir. Fövqəladə Hallar Nazirliyi rusiyalılara bu müddət ərzində diqqətli olmaları barədə xəbərdarlıq edib.