EN

Kosmosda dərman istehsal olunacaq - 187 milyon dollarlıq investisiya alındı

ABŞ-ın “Varda Space” şirkəti dərman istehsalında Yer cazibəsinin yaratdığı çətinlikləri aradan qaldırmaq üçün kosmosdan istifadə etməyi planlaşdırır.

Valyuta.az xəbər verir ki, bu məqsədlə şirkət 187 milyon dollarlıq C seriyası maliyyələşdirmə raundunu tamamlayıb. İnvestisiyaya “Natural Capital”, “Shrug Capital”, Peter Thiel və digər tanınmış fondlar dəstək verib.

Kaliforniyada inşa ediləcək 10 min kvadrat futluq yeni laboratoriya kosmosda zülal və anticisimlərin kristallaşdırılması üçün uyğun şəraitin müəyyənləşdirilməsinə xidmət edəcək. Şirkət bu yolla dərman komponentlərinin daha saf və effektiv istehsal ediləcəyinə inanır.

İndiyə qədər 3 uğurlu kosmik missiya həyata keçirən “Varda” 2025-ci ildə bu sayın 4-ə çatdırılmasını planlaşdırır. Şirkət eyni zamanda ABŞ Müdafiə Nazirliyi üçün hipersəs sınaqları da aparır.

Yeni laboratoriya, həm də gələcəkdə patentləşdirilə biləcək elmi innovasiyaların mənbəyi olacaq. Kosmos artıq yalnız tədqiqat üçün deyil, dərman sənayesində də yeni imkanlar yaradan mühüm sahəyə çevrilir.

Sərvanə Rəmixanova

Chosen
10
valyuta.az

1Sources