Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək.
Operativ Media xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" klubu ilə üz-üzə gələcək.
İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.
Qeyd edək ki, ilk yoxlama oyununda "atlılar" Ukraynanın "Metallist" komandasına 4-5 hesabı ilə məğlub olub.