EN

Millimiz qələbə qazansa da, 5-9-cu yerlər uğrunda oynayacaq

Basketbol üzrə Azərbaycanın oğlanlardan ibarət U-16 yığması Avropa çempionatı C divizionunun sonuncu qrup oyununu keçirib.

İdman.biz xəbər verir ki, milli Cəbəllütariqlə qarşılaşıb.

Görüş basketbolçularımızın 69:40 (14:9, 14:15, 25:2, 16:14) hesablı qələbəsi ilə başa çatıb.

Daha öncə San Marinoya 105:60 hesabı ilə qalib gəlib, Andorraya (42:52) və Lüksemburqa (38:86) uduzan yığmamız qrupda 6 xalla 3-cü olub. Basketbolçularımız qitə birinciliyində 5-9-cu yerlər uğrunda oyunlarda mübarizə aparacaq.

İdman.biz

Məqalədə:
Chosen
18
1
idman.biz

2Sources