EN

İran və Türkiyə Azərbaycana pemza satıb - QİYMƏTLƏR

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə pemza ticarəti aparıb.

Valyuta.az xəbər verir ki, bu dövrdə 1773,43 ton pemza idxal olunub, ümumi dəyəri isə 247,3 min ABŞ dolları təşkil edib.

İdxal əsasən İran İslam Respublikası və Türkiyədən həyata keçirilib.

Ən böyük həcmdə – 1109,69 ton İrandan gətirilib. Bu partiyanın dəyəri 221,94 min dollar olub. Beləliklə, bir kiloqram İran pemzası 0,20 dollara (təxminən 0,34 manat) başa gəlib. Türkiyədən isə 663,74 ton pemza idxal edilib. Bunun dəyəri 25,36 min dollar olub. Burada bir kiloqram üçün qiymət 0,038 dollar və ya 0,064 manat təşkil edib. 

İran məhsulu ilə müqayisədə Türkiyədən gətirilən pemza daha ucuz olub.

İxrac isə yalnız Qırğızıstana həyata keçirilib. Bu ölkəyə 0,04 ton (yəni 40 kq) pemza göndərilib. Satış dəyəri 0,04 min dollar olub. Nəticədə, bir kiloqram üçün ixrac qiyməti 1 dollar və ya 1,70 manat təşkil edib. Bu da göstərir ki, Azərbaycan ucuz qiymətə aldığı pemzanı daha yüksək qiymətlə ixrac edir.

Qeyd edək ki, pemza əsasən tikintidə izolyasiya və yüngül beton istehsalı üçün, həmçinin aşındırıcı vasitə kimi təmizləmə və kosmetika məhsullarında istifadə olunur.

Sərvanə Rəmixanova

Chosen
19
valyuta.az

1Sources