“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, London klubu “Vest Hem”dən Məhəmməd Kudusu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qanalı vingerlə razılaşmanın detalları açıqlanmayıb.
Kudus “Tottenhem”də 20 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Moammed Kudus ötən mövsüm "Vest Hem"in heyətində 35 oyuna çıxaraq 5 qol vurub və 4 qolun ötürməsini edib.