EN

Tramp Ukraynaya təcili $300 milyonluq silah yardımını təsdiqlədi — Reuters

ABŞ Prezidenti Donald Tramp vəzifəyə qayıtdıqdan sonra ilk dəfə olaraq Ukraynaya silah göndərilməsini təsdiqləyib.

-in mənbələrinə görə, yardım paketi Prezidentin PDA (President’s Drawdown Authority) səlahiyyətləri çərçivəsində təqdim olunacaq.

Təxminən 300 milyon dollar dəyərində yardım paketinə Patriot raketləri və digər silahlar daxil ola bilər.

Bundan əvvəlki tədarüklər Bayden administrasiyasının təsdiqləri əsasında həyata keçirilirdi. Mənbələr bu addımı Trampın Ukraynaya dəstək verməyə artan marağının göstəricisi kimi qiymətləndirir.

Xarici Yardım Aktına əsasən, bu yardım bir neçə gün və ya hətta saat ərzində çatdırıla bilər.

N.Təbrizli

Chosen
10
1
anews.az

2Sources