EN

Konfrans Liqası: Gürcüstan klublarından qələbə

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

Konfrans Liqasında növbəti oyunlar keçirilib. SİA xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində daha 22 qarşılaşma baş tutub.

Günün ən məhsuldar qarşılaşması Gürcüstanda qeydə alınıb. “Torpedo” – “Ordabası” matçı meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qonşu ölkənin daha bir təmsilçisi “Dila” da Lüksemburqda “Rasinq”ə qalib gəlib.

Gürcülərdən fərqli Ermənistanın hər iki təmsilçisi mərhələnin ilk oyunlarını məğlub başa vurub.

Bu mərhələnin ilk iki görüşü iyulun 8-də olub. Azərbaycanı bu yarışda təmsil edəcək “Zirə” ilə “Araz-Naxçıvan” isə mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.

Konfrans Liqası

1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

Atletik Eskaldes (Andorra) – Düdelanj (Lüksemburq) 2:0

Maqpies (Cəbəllütariq) – Payde (Estoniya) 2:3

Jalgiris (Kaunas, Litva) – Penibont (Uels) 3:0

SJK (Finlandiya) – Klaksvik (Farer adaları) 1:2

Torpedo (Gürcüstan) – Ordabası (Qazaxıstan) 4:3

Rasinq (Lüksemburq) – Dila (Gürcüstan) 1:2

Urartu (Ermənistan) – Neman (Belarus) 1:2

Nomme Kalyu (Estoniya) – Partizani (Albaniya) 1:1

Birkirkara (Malta) – Petroklub (Moldova) 1:0

Deçiç (Monteneqro) – Sileks (Şimali Makedoniya) 2:0

Vlazniya (Albaniya) – Dauqavpils (Latviya) 0:1

Torpedo (Belarus) – Rabotniçki (Şimali Makedoniya) 3:0

Malişeva (Kosovo) – Vikinqur (İslandiya) 0:1

Sutyeska (Monteneqro) – Dinamo (Brest, Belarus) 1:2

Vardar (Şimali Makedoniya) – La Fiorita (San Marino) 3:0

Jelezniçar (Bosniya və Herseqovina) – Koper (Sloveniya) 1:1

Runavik (Farer adaları) – HJK (Finlandiya) 4:0

Sent Patriks (İrlandiya) – Hegelman (Litva) 1:0

Boraç (Bosniya və Herseqovina) – Santa Koloma (Andorra) 1:4

Tre Fyori (San Marino) – Pünik (Ermənistan) 1:0

Larne (Şimali İrlandiya) – Auda (Latviya) 0:0

Valyur (İslandiya) – Flora (Estoniya) 3:0

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
4
sia.az

10Sources