EN

Bu çanta 7 milyona avroya satıldı

Fransalı müğənni-aktrisa Ceyn Birkinə məxsus olan ilk “Hermès Birkin” çantası “Sotheby’s” hərracında 7 milyon avroya (420 milyon rubldan çox) satılıb.

Bakues.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Hərrac evi bildirib ki, bu məbləğ çanta üçün tarixi rekord hesab olunur. Daha əvvəl hərracda ən baha satılan çanta 2021-ci ildə “Hermès White Himalaya Niloticus Crocodile Diamond Retourne Kelly 28” modeli idi və 513 min dollara alıcı tapmışdı.

“Hermès Birkin” çantasının start qiyməti 1 milyon avro olub və onun uğrunda 9 kolleksiyaçı mübarizə aparıb. Sonda çantanı əldə edən şəxs Yaponiyadan olan kolleksiyaçı olub.

Qeyd edək ki, Paris modaevi “Hermès” bu eksklüziv çantanı 1984-cü ildə Ceyn Birkin üçün hazırlayıb və onun baş hərfləri ilə bəzəyib.

Chosen
6
3
icma.az

6Sources