EN

“Roma”nın özbək futbolçusu İstanbul klubuna keçdi

BAKI, 11 iyul. TELEQRAF

Özbəkistan millisinin və İtaliyanın “Roma” klubunun hücumçusu Eldor Şomurodov karyerasını Türkiyə çempionatında davam etdirəcək.

Teleqraf xəbər verir ki, təcrübəli forvard icarə əsasında “Başakşəhər”də oynayacaq.

Klubun rəsmi saytı bununla bağlı məlumat yayıb.

Məlumata görə, özbək futbolçu 2025/2026 mövsümünün sonuna qədər İstanbul klubunun şərəfini qoruyacaq.

Chosen
23
teleqraf.com

1Sources