EN

Mirzə Qurbanov vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda "Polimer nano və aktiv kompozitlər fizikası" laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib.

Hakimiyyet.az xəbər verir ki, 1941-ci il iyunun 20-də Lənkəranın Tütəpeştə kəndində anadan olan Mirzə Əbdül oğlu Qurbanov 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib. Elmi fəaliyyətinə 1967-ci ildə AMEA Fizika İnstitutunda böyük mühəndis kimi başlayan alim 1968-ci ildə aspiranturaya qəbul olunub və daha sonra təhsilini Moskva Atom Enerjisi İnstitutunda davam etdirib.

1974-cü ildə "Dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmaların tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksəlib. Alimin elmi axtarışları polimer kompozitlərin elektrik, istilik və elektromexaniki xüsusiyyətlərinin öyrənilməsinə yönəlib. Bu sahədə qazandığı uğurlara görə 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.

1985-ci ildə doktorluq dissertasiyasını müdafiə edən Mirzə Qurbanov 1993-cü ildə professor elmi adını alıb. Uzun illər elmi və elmi-təşkilati fəaliyyətinə görə 2015-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub, 2017-ci ildə isə "İlin nüfuzlu ziyalısı" Ali media mükafatına layiq görülüb. Onun elmi nailiyyətləri beynəlxalq aləmdə də tanınıb və o, Nobel mükafatına dəvət edilib.

Chosen
22
21
hakimiyyet.az

10Sources