EN

London və Paris qanunsuz miqrantları gerin qayıdışı üçün sınaq sxemini işə salacaq

Rəsmi London və Paris qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniya sahillərinə çatan qanunsuz miqrantları geri qaytarmaq üçün sınaq sxemini işə salacaq.

"Report"un "Sky News" telekanalına istinadən məlumatına görə, bunu Böyük Britaniyanın baş naziri Kir Starmer London yaxınlığındakı Nortvud bazasında Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında bildirib.

Layihə Fransaya qayıdan hər qanunsuz miqrant üçün krallığın qonşu ölkənin ərazisindən bir miqrantı qanuni əsaslarla qəbul etməsini nəzərdə tutur. "Hər qovulmanın müqabilində başqa şəxs ciddi təhlükəsizlik yoxlamalarından keçməklə və yalnız Böyük Britaniyaya qanunsuz daxil olmağa cəhd etmədiyi təqdirdə təhlükəsiz, nəzarət olunan, qanuni marşrutla bura gələ biləcək", - Starmer deyib.

O izah edib ki, sxem yaxın həftələrdə işə salınmalıdır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin əvvəlindən bəri təxminən 20 000 qanunsuz miqrant qayıqlarla La-Manş boğazından Britaniyaya keçib. Bu rəqəm 2024-cü ilin birinci yarısının göstəricilərindən 48 %, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 75 % çoxdur.

30 iyun 2025-ci ildə 879 nəfər isti havadan istifadə edərək La-Manşı qanunsuz keçib. Bu il antirekord mayın 31-də qeydə alınıb - təxminən 1,2 min nəfər.

Chosen
6
2
report.az

5Sources