EN

Ermənistan: Əbu-Dabidəki görüş uğurlu oldu

Ermənistan 10 iyulda Əbu-Dabidə baş tutan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşü uğurlu hesab edir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan sosial şəbəkə hesabında məlumat yayıb.

“Ermənistan Əbu-Dabidə keçirilən görüşü uğurlu hesab edir və bu görüşün sülh prosesi üçün ciddi əsas ola biləcəyini təsdiqləyir”, – deyə o qeyd edib.

Badalyanın sözlərinə görə, görüşdən sonra Azərbaycan və Ermənistan tərəfləri eyni məzmunlu açıqlamalarla çıxış ediblər. O əlavə edib ki, əgər başqa razılaşmalar əldə olunarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Natiq Səlim,
KONKRET.az

Chosen
19
1
konkret.az

2Sources