EN

"Barselona" "Atalanta"nın futbolçusunu istəyir, lakin...

"Barselona" Ademola Lukmanı transfer etmək istəyir, amma bu, çətin görünür.

Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, katalonlar cinah üçün futbolçu axtarışını fəal şəkildə davam etdirir və “Atalanta”nın vingeri ilə yaxından maraqlanır. Nigeriya yığmasının üzvü Kataloniya klubunun baş məşqçisi Hansi Flikin xoşuna gəlir.

“Atalanta” Lukmanın transferini 50 milyon avrodan aşağı məbləğə müzakirə etməyə hazırdır, lakin “Barselona” üçün bu keçidi reallaşdırmaq asan olmayacaq. Səbəb odur ki, Ademola Lukmanı Mark-Andre ter Ştegenlə eyni menecerlik agentliyi təmsil edir və bu agentliklə İspaniya çempionlarının rəhbərliyi arasında hazırda gərgin münasibətlər var.

Eyni zamanda, Lukmanla “Tottenhem” də aktiv şəkildə maraqlanır.

saytlarin hazirlanmasi

Chosen
26
sportal.az

1Sources