EN

Almaniya kansleri: “Rusiya bu ziyanı ödəməsə…”

Rusiya, Ukraynaya vurduğu ziyana görə 500 milyard avro kompensasiya ödəmədikcə, onun dondurulmuş aktivlərinə çıxışı mümkün olmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mers (Friedrich Merz) jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, beynəlxalq hüquq və ədalət prinsipinə uyğun olaraq, Rusiya işğal nəticəsində Ukraynaya dəyən maddi ziyana görə cavabdehlik daşımalıdır.

Kansler eyni zamanda vurğulayıb ki, Almaniya ABŞ-dan əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri almağa hazırdır və bu sistemlərin bir hissəsi Ukraynaya göndəriləcək.

Mers bildirib ki, bu addımlar həm Ukraynanın təhlükəsizliyini gücləndirməyə, həm də Rusiyanın təcavüzkar siyasətinə qarşı Avropanın birgə cavabını nümayiş etdirməyə yönəlib.

Natiq Səlim,
KONKRET.az

Chosen
43
konkret.az

1Sources