EN

ANAMA-nın əməkdaşı nişanlısı ilə birgə avtomobildə kanala düşdü

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobildə kanala düşüb.

 

“Qafqazinfo”nun məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala düşüb.

 

Nəticədə sürücü F.Balaşov və avtomobildə olan nişanlısı Aysel Səfərova müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisə yerinə FHN-in Füzuli rayon Yanğınsöndürən bölməsinin xilasediciləri cəlb edilib.

 

Onlar sudan çıxarılaraq, Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlkin yardım göstərildikdən sonra hər ikisi  ambulator müalicə üçün evə buraxılıb.

 

F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.


Chosen
33
22
senzor.az

10Sources