EN

Tramp prezidentlik dönəmində İLK – Ukrayna üçün bunu etdi

Tramp ilk dəfə prezident səlahiyyətlərindən istifadə edərək Ukraynaya hərbi yardım göndərir.

ABŞ Prezidenti Donald Tramp ilk dəfə olaraq Prezidentin Silah Anbarından İstifadə Səlahiyyəti (Presidential Drawdown Authority – PDA) çərçivəsində Ukraynaya hərbi yardım göndərməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu haqda Reuters agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, bu mexanizmdən Trampın sələfi Co Bayden tez-tez istifadə edib.

Trampın komandası Ukraynaya hansı silahların göndəriləcəyini müəyyənləşdirir. Mənbələrin bildirdiyinə görə, hərbi yardım paketinin dəyəri 300 milyon dollara çata bilər. Paketin tərkibinə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərorta mənzilli hücum raketləri daxil ola bilər, lakin bu barədə yekun qərar hələ verilməyib.

Prezidentin silah anbarından istifadə səlahiyyəti, fövqəladə hallarda prezidentə ABŞ silah ehtiyatlarından müttəfiqlərə yardım məqsədilə birbaşa istifadə etməyə imkan verir.

Hazırda bu mexanizm çərçivəsində ABŞ-ın Ukrayna üçün 3,86 milyard dollar dəyərində əlavə yardım ayırmaq imkanı qaldığı bildirilir.

Natiq Səlim,
KONKRET.az

Chosen
14
2
konkret.az

3Sources