EN

Aİ İsraillə münasibətləri dayandıra bilər

Avropa İttifaqı Qəzza zolağında insan haqlarının pozulması ilə bağlı artan narahatlıqlar fonunda İsraillə münasibətlərini dayandırmaq və ya ən azı aşağı səviyyəyə salmaq məsələsini ciddi şəkildə nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik dairələrində müzakirələr gedir. Məlumata görə, Qəzzadakı mülki itkilər, humanitar fəlakət və beynəlxalq hüququn pozulması ilə bağlı artan faktlar Aİ-nin İsraillə mövcud münasibətlər formatına yenidən baxmasına səbəb olub.

Qeyd edilir ki, Avropa İttifaqında bəzi ölkələr İsrailə qarşı sanksiyaların və siyasi əlaqələrin dondurulmasının zəruriliyini vurğulayır. Digər tərəfdən, bəzi üzv dövlətlər bu cür addımların regionda balansı poza biləcəyindən ehtiyat edirlər.

Yekun qərarın yaxın həftələrdə veriləcəyi və bu qərarın İsrail-Aİ əlaqələrində dönüş nöqtəsi ola biləcəyi bildirilir.

Natiq Səlim,
KONKRET.az

Chosen
22
1
konkret.az

2Sources