EN

Taksi sifarişlərində yenilik -

Sistemdə bir avtomobil görünür, əvəzində başqa maşın gəlir. Tez-tez qarşılaşdığımız bu cür halların qarşısını almaq məqsədilə taksi sürücülərinin identifikasiyası üçün “SİMA” texnologiyasının tətbiqinə başlanılıb. Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, taksi sürücüləri üçün üztanıma ilə yoxlama həyata keçiriləcək, özü də iş başında. Artıq "Bolt", "Uber" və "Yango" taksi şirkətlərinin mobil tətbiqində Sima vasitəsilə sadə yoxlama aparılacaq.Yeni yoxlama üsulunun aktivləşdirilməsi üçün işlər həyata keçirilir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, hazırda taksi sektorunda diqqət mərkəzində olan məsələlərdən biri qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərilməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsi hallarının mövcudluğudur. Artıq bu kimi hallar “SİMA” vasitəsilə rahat aşkar ediləcək.

Chosen
23
4
metbuat.az

5Sources