EN

Küçəyə lüt çıxıb qadına hucum etdi -FOTO


Türkiyədə Ədirnədə lüt halda küçəyə çıxan qadın yoldan keçən digər qadına hücum edib.

Medicina.az xəbər verir ki, hadisə ərazidə böyük şok yaradıb və tərəflər yerli sakinlərin müdaxiləsi ilə ayrılıb.

Şəxsiyyəti açıqlanmayan qadın naməlum səbəbdən küçəyə çılpaq çıxıb.

Şübhəli bir müddət küçələrdə çılpaq gəzib.



Daha sonra naməlum qadın küçədə yanından keçən qadına hücum edib.

Onu yerə yıxıb, üzərinə oturaraq vurub. Hücuma məruz qalan qadın qışqıraraq kömək istəyib.

Qadın yoldan keçən avtomobilə də hücum edib, lakin ətrafdakılar müdaxilə edib.

Ətrafdakıların təpik və şillələrinə baxmayaraq, çılpaq qadın bir neçə dəqiqə qurbanın üzərində qalıb, nəhayət qadını buraxıb.

Çılpaq şübhəlinin hadisədən əvvəl yoldan keçən başqa bir qadına hücum edərək avtomobillərin qarşısına atıldığı an ətrafdakılar cib telefonlarına çəkib.

Videolardan birində ətrafdakıların güldüyü görünür.



Aygün
Medicina.az



Chosen
26
2
medicina.az

3Sources