EN

Bakıda motosiklet sürücüsü polisdən qaçaraq xuliqanlıq etdi - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda motosiklet sürücüsü polisin "saxla" əmrinə tabe olmayaraq qaçmağa cəhd edib.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyası yaxınlığında baş verib.

Sürücü nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərək digər hərəkət iştirakçılarına da təhlükə yaradıb.

Polis əməkdaşlarının xəbərdarlıqlarına məhəl qoymayan şəxs xuliqanlıq hərəkətləri törədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Hazırda hadisənin təfərrüatı araşdırılır.

Chosen
29
2
avtosfer.az

3Sources