EN

Meydanda daha güclü tərəf biz idik -

"Sele" "Sabah"la oyunda daha güclü tərəf idi. Metbuat.az xəbər verir ki, bunu "Sele"ni (Sloveniya) baş məşqçisi Albert Riera "Sabah"a qarşı keçirdikləri UEFA Avropa Liqası matçından sonra mətbuat konfransında deyib.Mütəxəssis səhvləri düzəltməyə çalışacaqlarını söyləyib:"Mövsüm öncəsi yorğunluq var idi. Amma düşünürəm ki, meydanda güclü tərəf biz idik. Yəqin ki rəqib baş məşqçi də bizimlə razılaşar. Səhvlərimizi düzəltməyə çalışacağıq. Bizi qarşıda 90 dəqiqə gözləyir. Hələ heç nə bitməyib. Cavab görüşünə sanki hesab 0:0 imiş kimi başlayacağıq".O, cavab matçında bərabərlik qeydə alınarsa penaltilərə hazır olduqlarını bildirib:"Hesabda bərabərlik olarsa, penaltilərə hazırıq. Amma düşünmürəm ki, futbolçuların beyninə indidən bunu yeritməliyəm".Mütəxəssis formaların rəngi ilə bağlı narazılığını da çatdırıb:"Komandaların formalarının rəngləri demək olar yaxın idi. Hakimə bu barədə narazılığımı çatdırdım. Çünki futbolçularım çaşırdı. Biz narıncı formalarımızı geyinə bilərdik. Amma yəqin ki, hakim işini daha yaxşı bilir".

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.

Chosen
20
1
metbuat.az

2Sources