EN

Valdas Dambrauskasın məğlubiyyət şərhi: Heç nə bitməyib

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Qələbə münasibətilə rəqibi təbrik edirəm. Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür düşür".

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Selye” komandası ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis Bakıda qeydə alınmış 2:3 hesablı məğlubiyyəti şərh edib: "Bugünkü səhvlərdən dərs çıxaracağıq. Rəqibimiz də yaxşı komandadır. Lakin onlar haqqında kifayət qədər məlumatımız yox idi. Hazırlıq dövründə bir yoxlama oyunu keçirmişdilər. Rəqibin cərimə meydançası önündə təhlükəli vəziyyətlər yarada bilirdik. Lakin son ötürmələr dəqiq olmurdu. Bəzən də tələskən qərarlar verirdik. İkinci hissədə həm "Sabah", həm də "Selye" hücumlar edirdi. Heç nə bitməyib. Futbolçularıma çox güvənirəm. Sizə söz verirəm ki, Sloveniyada əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Sloveniyada keçiriləcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
2
icma.az

8Sources