EN

“Müasir futbol darıxdırıcı olub”

“Çelsi”nin sabiq kapitanı Con Terri müasir futbolun səviyyəsindən narazıdır.

90deqiqe.Az-ın “talkSPORT”a istinadən yaydığı xəbərə görə, İngiltərə millisinin keçmiş müdafiəçisi bu günkü oyunun əvvəlki qədər maraqlı olmadığını bildirib.

“Artıq futbol oyunlarını izləməyə həvəsim qalmayıb. Komandalar “Mançester Siti”yə qarşı oynayanda hamısı topun arxasına keçir. Bu isə tamaşaçılar üçün olduqca darıxdırıcıdır. İndiki futbolda zərbələr azdır, və bir zamanlar Eden Azar və Co Koul kimi adamları ayağa qaldıra bilən oyunçular yoxdur”

Xatırladaq ki, Con Terri 2018-ci ilin yayında peşəkar karyerasını başa vurub. O, əsasən “Çelsi”nin heyətində çıxış edib, eyni zamanda “Nottingem Forest”də (2000-ci ildə icarə əsasında) və karyerasının son mövsümündə “Aston Villa”da da forma geyinib.

Chosen
37
90deqiqe.az

1Sources