EN

“Mən 40 qol vuran bir futbolçudansa, dörd nəfərə üstünlük verərdim”

PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin “Real”a transferindən sonra komandasının çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Düşünürəm ki, keçən mövsüm Mbappesiz komandamızın daha yaxşı olacağını deyəndə çox cəsarət göstərdim.

Hələ də düşünürəm ki, biz daha yaxşıyıq, statistika var… Mən 40 qol vuran bir futbolçudansa, hərəyə 12 qol vuran dörd oyunçuya üstünlük verərdim”.

PSJ dünən Klublararası dünya çempionatının yarımfinalında “Real”ı 4:0 hesabı ilə məğlub edib.

Chosen
32
sportinfo.az

1Sources