EN

ANAMA-nın əməkdaşı Füzulidə qəzaya düşüb, xəsarət alanlar var

Füzulidə minik avtomobili su kanalına düşüb, iki nəfər xəsarət alıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Balaşov Famil Adil oğlunun idarə etdiyi "VAZ" 2106 markalı avtomobil yol kənarındakı suvarma kanalına düşüb.

Qəza nəticəsində sürücü F.Balaşov və avtomobildə olan sərnişin Aysel Səfərova müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə FHN-nin Füzuli rayon yanğınsöndürən bölməsinin xilasediciləri cəlb edilib. Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəza törədən Famil Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
9
22
report.az

10Sources