Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” birinci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Modern.az xəbər verir ki, komanda Sloveniyanın “Selye” kollektivini qəbul edib.
“Bank Respublika Arena”da keçirilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sabah"ın heyətində Pavol Şafranko dubl edib.
Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada təşkil olunacaq.