EN

“Sabah”ın oyunundan sonra... “Sportinfo TV”də CANLI YAYIM

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk qarşılaşması baş tutub.

Yeni mövsümdə avrokuboklarda uğurlu çıxışı qarşısına hədəf qoyan “Sabah” doğma meydanda Sloveniya “Çelye”sini qəbul edib.

Qarşılaşmadan sonra ümumi dəyərləndirmə....

Tərəflərin bir-birilərinə qurduqları üstünlüklər....

Məşqçilərin kənardan oyuna müdaxilələrinin nəticələri...

Cavab matçı üçün şanslar necədir ?

Bütün bunlar saat 22:00-dan etibarən "Sportinfo TV-"nin yeni “youtube” layihəsi “Avropa həftəsi” verilişində dəyərləndiriləcək.

Elçin Cəfərovun təqdimatında canlı yayımlanacaq verilişin qonağı tanınmış futbol mütəxəssisi Arif Əsədovdur.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir.Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir.

Chosen
10
2
sportinfo.az

3Sources