EN

Maştağada tarixi abidə olan məşhur hamam xarabalığı xatırladırVİDEO

Divarları uçub tökülür, ətrafında itlər məskən salıb...

Xezerxeber.az xəbər verir ki, xarabalığı xatırladan bu tikili 19-cu əsrin ən məşhur hamalarından sayılan Mirzə Hüseyn hamamıdır. Sabunçu rayonu Maştağa qəsəbəsində, çöllük ərazidə yerləşən bu hamam tarixi abidə kimi dövlət qeydiyyatındadır.

Yaşayış ərazisindən uzaqda, kimsəsiz yerdə olan bu tikili baxımsızlıqdan məhv olmaq təhlükəsi ilə üzləşib. Ətrafında isə sahibsiz itlərin səsi eşidilir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Maştağa qəsəbəsində yerləşən 3187 inventar nömrəli bu hamam dövlət qeydiyyatındadır. Hamamın yerləşdiyi ərazi xüsusi mülkiyyətdədir. Tarixi abidənin mövcud vəziyyətdə mühafizə olunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional idarəsinin əməkdaşları tərəfindən nəzarət həyata keçirilir. Hazırda tarixi abidədə bərpa işlərinin görülməsi üçün hər hansı layihə yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
22
xezerxeber.az

1Sources