EN

İngiltərə millisinin üzvü Tottenhem ə keçir

ain.az bildirir, Sportal.az portalına istinadən.

"Nottingem Forest"in futbolçusu Morqan Gibbs-Uayt Premyer Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Tottenhem" ingiltərəli hücumameyilli yarımmüdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu Gibbs-Uayt üçün onun klubuna 60 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəyəcək. 25 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra "Tottenhem"lə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Nottingem Forest" Morqan Gibbs-Uaytı 2022-ci ilin yayında "Vulverhempton"dan transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi amtçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
2
sportal.az

3Sources