Azərbaycanda əhalinin yanacaq xərcləri 7,5% artıb
Xezerxeber.az xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 milyard 833 milyon manat xərclənib. Bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 7,5% üstələyib.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə yanacaq xərclərinin artması, heç də tıxaclarla bağlı deyil.
Ekspert bildirib ki, xərclərin artmasına əsas səbəb həm avtomobil ilə səfərlərin çoxalması həm də daxiliyanma mühərrikli avtomobillərin çoxluğudur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.