EN

“OpenAI” “Google Chrome”a konkurent yaradır “Reuters”

ain.az, Yeniavaz saytına istinadən bildirir.

“ChatGPT “chatbot tərtibatçısı “OpenAI” tezliklə bazarda “Google Chrome”a meydan oxuyan süni intellektlə işləyən brauzerini təqdim edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, yeni “OpenAI” proqramı süni intellekt modeli əsasında bir çox funksiyalarla təchiz olunacaq ki, bu da istifadəçilərə məlumatın axtarışı prosesini avtomatlaşdırmağa imkan verəcək.

Agentlik qeyd edir ki, uğurla istifadəyə verilərsə, “OpenAI”nin yeni məhsulu hazırda qlobal brauzer bazarının üçdə ikisindən çoxunu təşkil edən “Google Chrome”un mövqeyini kənara çəkə və şirkətə əhəmiyyətli reklam gəliri təmin edə biləcək.

2025-ci ilin aprelində “OpenAI” “Google Chrome”u almaqda maraqlı olduğunu elan etdi, lakin sövdələşmə baş tutmadı. Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi texnoloji nəhəng “Google”dan “Chrome” brauzerini satmağı və digər şirkətlərlə məhsullarında “Google” axtarış sistemindən istifadə etmək üçün müqavilə bağlamağı qadağan etməyi tələb edərək məhkəməyə müraciət etmişdi. ABŞ hökuməti texnoloji nəhəngi inhisar statusundan məhrum etməyə çalışır ki, bu da hakimiyyətin fikrincə, potensial rəqiblərin axtarış sistemləri bazarında əhəmiyyətli pay əldə etməsinə mane olur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
2
yeniavaz.com

3Sources